Ərdoğan Suriyanın gələcək taleyindən DANIŞDI

Ərdoğan Suriyanın gələcək taleyindən  DANIŞDI backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyünə hörmətin əsas şərt olduğunu bildirib.

Qaziler.az “RİA Novosti” yə istinadla yazır ki, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

Ərdoğan bildirib ki, müxalifətin hakimiyyətə gəlməsi ilə Suriyada parlaq bir dövr başlayıb.

“Türkiyə heç bir başqa ölkənin ərazisinə və suverenliyinə təcavüz etmir. Bizim transsərhəd əməliyyatlarımızın yeganə məqsədi vətənimizi və vətəndaşlarımızı terror hücumlarından qorumaqdır”.

Türkiyə lideri qeyd edib ki, Suriyanın gələcək taleyini ölkə vətəndaşları həll etməlidir.

QAZİLER.AZ

Diaspora