Qolan təpələri əbədi olaraq İsrailin ayrılmaz hissəsi olaraq qalacaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda hər kəs İsrailin bu yüksəkliklərə nəzarət etməsinin vacibliyini anlayır.
"Qolan təpələri üzərində nəzarətimiz və gücümüz bizi təhlükəsizliklə təmin edir", - Nazirlər Kabinetinin rəhbəri qeyd edib.
O, həmçinin bildirib ki, Bəşər Əsədin Suriyadakı hakimiyyətinin sona çatması İsrailin Livanın şiə hərəkatı “Hizbullah” və İrana vurduğu zərbələrin birbaşa nəticəsidir.
"Biz Yaxın Şərqin simasını dəyişirik" deyə siyasətçi qeyd edib.
O, əlavə edib ki, İsrail fərqli Suriya görmək istəyir və sülh içində yaşamaq istəyənlərə əlini uzadır.
QAZİLER.AZ