Avstriya hökuməti Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olması üçün vetosunu ləğv edib.
Qaziler.az “Puls24” telekanalına istinadla xəbər verir ki, bunu Avstriya Daxili İşlər Nazirliyinin rəhbəri Gerhard Karner deyib.
"Şengen ölkəsi indi Rumıniya və Bolqarıstan üçün də açıqdır", - deyə avstriyalı nazir deyib.
“Puls24”ün məlumatına görə, Avstriya Avropa İttifaqının Daxili İşlər Nazirləri Şurasının dekabrın 12-də Brüsseldə keçiriləcək iclasında iki dövlətin Şengen zonasına daxil olmasını təsdiqləməyə hazırlaşır.
QAZİLER.AZ