Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi ölkəsini xarabalığa çevirərək qaçmaqda ittiham edib.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla yazır.
“Əsəd Suriyadan qaçaraq bir çox şəhərləri xarabalığa çevirdi”, - deyə Ərdoğan bildirib.
Eyni zamanda o qeyd edib ki, Ankara “sülh, azadlıq, dialoq, ədalət və Suriyada tezliklə sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.
“Devrilmiş rejimin düşmən münasibətinə baxmayaraq, biz bütün şəraitdə Suriyanın ərazi bütövlüyünü və unitar quruluşunu müdafiə etdik”, - deyə Türkiyə lideri əlavə edib.
Ərdoğan həmçinin bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina etdiyi üçün ölkədə hakimiyyətini itirib.