“Hökumət qoşunları üsyançılarla döyüşməyib, çünki onlar “mənəvi çöküş” vəziyyətindədirlər”.
Qaziler.az xəbər verir ki, bunu Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali “RİA Novosti”yə bildirib.
“Suriya ordusunun şəxsi heyəti qardaşlarına qarşı döyüşmək üçün hər hansı motivasiyasını itirərək mənəvi çöküş vəziyyətində olublar”, - deyə əl-Cəlali bildirib.
Baş nazirin sözlərinə görə, buna iqtisadi, sosial və psixoloji amillər səbəb olub: ağır həyat şəraiti və döyüşmək zərurətinə inamın olmaması səbəbindən əsgərlər döyüşə girmədən geri çəkilməyə üstünlük verib.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Həmin gün Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib.
Əsədin özü Rusiyadan sığınacaq alıb. Suriyanın Moskvadakı səfiri onun Dəməşqi tərk etməsini “utanc verici və alçaldıcı” adlandırıb.
QAZİLER.AZ