Hindistan hakimiyyəti “Voronej” uzaq mənzilli erkən xəbərdarlıq radar sisteminin alınmasına dair Rusiya Federasiyası ilə müqavilə bağlamaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə Hindistanın “India Today” telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, sazişin dəyəri 4 milyard dolları ötüb. Sövdələşmə üzrə danışıqlar Hindistan Müdafiə Nazirliyinin və radar istehsal edən Rusiyanın “Almaz-Antey” konserninin nümayəndələrinin iştirakı ilə aparılıb. Müqavilə layihəsi sistemin komponentlərinin yarıdan çoxunun Hindistanda istehsal olunacağını nəzərdə tutur.
“Voronej” radarı 6 min kilometrdən çox məsafədə potensial təhlükələri izləmək qabiliyyətinə malikdir. Sistemin istifadəyə verilməsinin Hindistanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
QAZİLER.AZ