BMT: 2100-cü ilə qədər 5 milyard insan aclıqla üzləşəcək

BMT: 2100-cü ilə qədər 5 milyard insan aclıqla üzləşəcək backend

BMT-nin hesabatında deyilir ki, son 30 il ərzində iqlim dəyişikliyi dünyanın quru səthinin dörddə üç hissəsini daha da qurudub. Bu, 2100-cü ilə qədər beş milyard insan üçün ciddi problemə çevrilə bilər. Vurğulanır ki, Antarktidanı nəzərə almasaq, quru torpaqlar planetin ərazisinin 40,6%-ni tutur.

Qaziler.az xarici KİV-ə istinadla bildirir ki, bu tendensiya davam edərsə, torpaqların tükənməsinə, su ehtiyatlarının çatışmazlığına və ekosistemlərin məhvinə gətirib çıxaracaq. Bu da öz növbəsində ərzaq təhlükəsizliyinə mənfi təsir göstərərək, miqrasiya proseslərinə təkan verəcək. Torpağın qurudulması prosesi yanğınların sayının artması və xüsusilə Avropa, ABŞ, Braziliya, Şərqi Asiya və Mərkəzi Afrika kimi regionlarda kənd təsərrüfatı üçün şəraitin pisləşməsi ilə müşayiət olunur.

Bununla belə, hesabat müəlliflərinin fikrincə, lazımi tədbirlər həyata keçirilərsə, vəziyyəti yaxşılaşdırmaq olar. Bu istiqamətdə əsas addımlara karbon emissiyalarının azaldılması, təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi daxildir.

QAZİLER.AZ

Diaspora