Bosniya və Herseqovinanın daxil olduğu Serb Respublikası prezidenti Milorad Dodik Belqradda uğurla əməliyyat olunub.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, dekabrın 9-da ATV kanalı məlumat yayıb.
Dodik yemək borusu və mədəsindən bir neçə saatlıq əməliyyat keçirib. Mədə xəstəlikləri üzrə ixtisaslaşmış klinikada aparılıb. Prosedurdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
"İctimaiyyət Serb Respublikası Prezidentinin səhhətinin vəziyyəti barədə vaxtında məlumatlandırılacaq", - prezident administrasiyasının mətbuat xidməti bildirib.