Ukrayna Prezidenti Vladimir Zelenski indiyədək müharibədə 43 min hərbçilərinin həlak olduğunu açıqlayıb.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, bu barədə prezident şəxsi teleqram kanalında bildirib.
O, eyni zamanda, 370 min yaralıya yardım göstərildiyi deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır.
“Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir”, – Prezident bildirib.
Zelenski qeyd edib ki, 2024-cü ilin sentyabrından Rusiya “döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir”. İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralıları var