Ərdoğanın qızından Suriya paylaşımı: Bayraq detalı diqqət çəkdi

Ərdoğanın qızından Suriya paylaşımı: Bayraq detalı diqqət çəkdi backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Ərdoğan Bəşər Əsəd rejiminin çökməsinə münasibət bildirib.

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Əsra Ərdoğan bu barədə “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

“Əsəd yıxıldı və lider Ərdoğan qalib gəldi”, - deyə bildirən Əsra türkman qüvvələrinin bayrağı olan fotonu əlavə edib.

Qeyd edək ki, bu gün səhər media Suriyanın paytaxtı Dəməşqin Heyət Təhrir əş-Şam qruplaşması tərəfindən tutulduğu barədə xəbər yayıb. Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi bildirilir. Heyət Təhrir əl-Şam lideri Əbu Məhəmməd əl-Culani bildirib ki, bütün dövlət qurumları rəsmən təhvil verilənə qədər hökumət Suriyanın hazırkı baş nazirinin nəzarəti altında qalacaq.

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali televiziya ilə çıxışında hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib.

Diaspora