Trampdan KRİTİK AÇIQLAMA: "Bu, Əsədin başına gələ biləcək ən yaxşı şey ola bilər"

Trampdan KRİTİK AÇIQLAMA: "Bu, Əsədin başına gələ biləcək ən yaxşı şey ola bilər" backend

"Suriyada silahlılar ölkə lideri Bəşər Əsədi devirmək üçün Dəməşqə hücum etməyə hazırlaşır".

QAZÍLER.AZ  Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Suriyadakı müxalifət döyüşçüləri, görünməmiş bir hərəkətlə, yaxşı koordinasiya edilmiş bir hücumla çoxsaylı şəhərləri tamamilə ələ keçirdilər və indi Dəməşqin kənarındadırlar, görünür, Əsədi devirmək üçün çox böyük bir addım atmağa hazırlaşırlar”, - Tramp yazıb.

Yeni prezidentin sözlərinə görə, Əsədin devrilməsi “onun başına gələ biləcək ən yaxşı şey ola bilər”. O, əlavə edib ki, ABŞ səlahiyyətliləri münaqişəyə qarışmamalıdır, çünki bu, onların mübarizəsi deyil və onların “bununla heç bir əlaqəsi olmamalıdır”.

Dekabrın 7-də "The Wall Street Journal" yazıb ki, Misir və İordaniya rəsmiləri Suriya prezidentinə respublikanı tərk etməyi və müxalifət nümayəndələrinin də daxil olduğu müvəqqəti şura yaratmağı təklif ediblər.

Nəşrin yazdığına görə, Qətər, BƏƏ və digər ərəb ölkələri Suriya hökumətinin tezliklə devrilməsi və regionda mümkün sabitliyin pozulmasından getdikcə daha çox narahatdırlar.

Bundan əvvəl Türkiyə lideri də Suriyada yaranmış vəziyyətin tezliklə nizamlanmasına çağırıb.

 

 

Diaspora