Bir neçə gün öncə Xorvatiya öz tarixinin ilk qadın prezidentini seçdi. Ölkə vətəndaşları "Xorvatiya Demokratik Birlik" partiyasının lideri, sabiq xarici işlər naziri Kalinda Qrabar Kitaroviçi dövlət başçısı seçiblər.
46 yaşlı sarışın prezident indidən cazibədarlığı, Hollivud təbəssümü ilə heyran etməyə başlayıb. Xorvatiyanın indiki prezidenti ağıllı, cazibədar Kalinda ölkəsinin ABŞ-dakı keçmiş səfiri, NATO-nun baş katibinin keçmiş müavini olub. O, düz 6 dildə sərbəst danışa bilir. Hələ 10 il öncə Xorvatiya AB-yə daxil olmağa hazırlaşanda ən perspektivli ölkələrdən biri hesab edilirdi. Lakin indi gözəl yollara, çiçək ləklərinə belə baxmayaraq Xorvatiya Avropanın ən yoxsul ölkələri siyahısına düşüb. Burada orta aylıq əmək haqqı 500 avro, işsizlik 20 faizdir.