Suriya müxalifəti Homsdakı hökumət qüvvələrini şəhəri tərk etməyə çağırıb

Suriya müxalifəti Homsdakı hökumət qüvvələrini şəhəri tərk etməyə çağırıb backend

Suriyada müxalif silahlı qrupların irəliləməsi davam edir.

QAZÍLER.AZ  APA-ya istinadən xəbər verir ki, Həma şəhərinin mərkəzini ələ keçirərək Dəməşqə doğru irəliləyən Suriya müxalifəti növbəti şəhər olan Homs şəhərinə yaxınlaşır.

Azad Suriya Ordusunun Hərbi Əməliyyatlar İdarəsinin komandiri Həsən Əbdülqəni Homsdakı hökumət qüvvələrini son dəfə çağırış edərək şəhərin tezliklə ələ keçiriləcəyini deyib. O, hökumət qüvvələrini şəhəri tərk etməyə son bir şans verildiyini bildirib.

İordaniya sərhədində yerləşən Dera vilayətinin mərkəzi də müxalif qrupların nəzarətinə keçib.

Diaspora