Rumıniya prezidenti seçki nəticələrinin niyə ləğv edildiyini açıqlayıb

Rumıniya prezidenti seçki nəticələrinin niyə ləğv edildiyini açıqlayıb backend

Rumıniyada keçirilən prezident seçkilərində ilk turda qalib gələn müstəqil namizəd Kalin Corceskunun seçki kampaniyası xarici dövlətdən dəstək aldığı üçün seçkinin nəticələri ləğv edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus İohannis yerli “G4” telekanalına açıqlamasında deyib.

“Biz bu namizədin kampaniyasının xarici dövlət tərəfindən dəstəkləndiyi barədə xidmətlərdən məlumat aldıq”, - deyə o vurğulayıb.

Bundan əlavə, ölkə prezidentinin sözlərinə görə, Corcesku iki gün ərzində - seçkilərdən əvvəl və seçki günü seçki kampaniyasından qanunsuz istifadə edib.

QAZİLER.AZ

Diaspora