Rumıniyada yeni prezident seçkilərinin tarixini ölkə hökuməti müəyyən edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu hazırkı dövlət başçısı Klaus İohannis ölkə vətəndaşlarına televiziya ilə müraciətində bildirib.
Seçki məntəqələri gələn bazar günü, dekabrın 8-də açılmalı idi. Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsinin təcili iclasından sonra prezident seçkilərinin birinci turunun nəticələrinin ləğv edilməsi barədə qərarından dolayı bu, baş verməyəcək. Qərarın əsası kimi ölkənin Ali Müdafiə Şurası tərəfindən məxfiliyi ləğv edilmiş sənədlər olub, ona əsasən seçki kampaniyası pozuntularla aparılıb.
Ölkənin Baş Prokurorluğu Rumıniyada keçirilən prezident seçkilərinə kütləvi müdaxilə ilə bağlı iki cinayət işi açıb. İdarədən qeyd olunub ki, söhbət ölkədə əvvəllər rast gəlinməyən yeni cinayət növündən gedir.
QAZİLER.AZ