Kanada ölkəsində qadağan olunan silahları Ukraynaya göndərəcək

Kanada ölkəsində qadağan olunan silahları  Ukraynaya göndərəcək backend

Kanada hökuməti ölkəsində qadağan olunmuş hücum tipli odlu silahların siyahısını genişləndirib və onlardan bəzilərini Ukraynaya göndərməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə Kanadanın “National Post” qəzeti məlumat yayıb.

Sözügedən məsələ ilə bağlı ölkənin ictimai təhlükəsizlik naziri Dominik Leblan məlumat verib. O, qadağan edilmiş siyahıya "hücum tipli silahlar" adlandırdığı daha 324 "unikal marka və model"in daxil ediləcəyini söyləyib. Qadağaya məruz qalan odlu silahların ümumi sayı təxminən 14.500-dür.

QAZİLER.AZ

Diaspora