ABŞ-də 14 maral şəxsi zooparkdan qaçıb.
Qaziler.az xəbər verir ki, bu barədə UPI yazıb.
Heyvanların sahibi hesab edir ki, kimsə onları qəsdən buraxıb.
Zooparkın sahibi Co Qarverçik bildirib ki, marallar hasardakı dəlikdən buraxılıb və o, bunun insanlar tərəfindən qəsdən edildiyinə inanır.
"Bunu kimin etdiyini bilmirəm, amma bu olduqca kədərlidir", - heyvanların sahibi deyib.
Hazırda rayon şerifi maralların qəsdən buraxılıb- buraxılmadığını müəyyən etmək üçün hadisəni araşdırır. Bununla belə, marallardan biri dekabrın 3-də günorta, daha beşi isə gecə saatlarında zooparka qayıdıb.
Yerli heyvan fəalları bildiriblər ki, adamın zoopark sahibinin heyvanlarla pis rəftar etməsi ilə iddialar var. Buna görə də könüllülər maralların tapılaraq daha uyğun yerə köçürüləcəyinə ümid edirlər.
QAZİLER.AZ