Rusiyada 145 tondan çox qiymətli metal tapılıb

Rusiyada 145 tondan çox qiymətli metal tapılıb backend

Yakutiyada Delyankirskaya ərazisində 145 tondan çox proqnozlaşdırılan qızıl filizi ehtiyatı aşkar edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Rosgeologiyanın mətbuat xidməti məlumat verib. Şirkətdən verilən məlumata görə, sahə üzrə tədqiqatı 2022-2024-cü illərdə aparılıb.

“Filiz qızılının proqnozlaşdırılan ehtiyatları 145,17 ton, o cümlədən P1 kateqoriyasında - 22,77 ton, hər tonda orta tutumu 2,52 qram, P2 kateqoriyasında - 122,4 ton, hər tonda orta tutumu 6,86 qram olmaqla qiymətləndirilir", - məlumatda qeyd olunub.

Yataq infrastrukturu nisbətən inkişaf etmiş ərazidə yerləşir.

QAZİLER.AZ

Diaspora