Kürd qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zorun böyük şəhərini nəzarətə götürüb.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” bir çox mənbələrə istinadən xəbər verir.
Qeyd olunur ki, əvvəllər şəhər Əsəd ordusunun nəzarətində olub. Kürdlər indi İraqla sərhəddə yerləşən Əbu Kamal şəhərinə doğru irəliləyirlər.
Suriya Demokratik Qüvvələri alyansı Suriyanın şimal-şərqində Deyr əz-Zor şəhərini tam nəzarətə götürüb. İran və İraqdan olan hökumət qoşunları və milislər silahlı birləşmələri şəhərə girməzdən əvvəl ərazini tərk edib”, - xəbərdə qeyd edilib.
QAZİLER.AZ