Rusiyanın Suriyadakı səfirliyi rusiyalıları ölkəni tərk etməyə çağırıb

Rusiyanın Suriyadakı səfirliyi rusiyalıları ölkəni tərk etməyə çağırıb backend

Dekabrın 6-da Rusiyanın Suriyadakı səfirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar rusiyalıları mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə ölkəni tərk etməyə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" yazıb.

“Suriyadakı ağır hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiyanın Dəməşqdəki səfirliyi Suriya Ərəb Respublikasında yaşayan Rusiya vətəndaşlarına mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə ölkəni tərk etmək imkanını xatırladır”, - səfirliyin Teleqram-kanalında dərc olunan məlumatda deyilir. 

Səfirlik və konsulluq şöbəsinin normal rejimdə fəaliyyətini davam etdirdiyi qeyd olunur.

QAZİLER.AZ

Diaspora