Avropa Parlamentinin üzvü Teys Royten Aİ-ni Gürcüstandakı hadisələrə təcili reaksiya verməyə çağırıb.
Roythen qeyd edib ki, "təcili hərəkətə keçməyə ehtiyac var".
“Siyasi liderlərə və İvanişviliyə qarşı xüsusi sanksiyalar; zorakılığı, etirazlara təzyiqi dayandırmaq; beynəlxalq nəzarət altında yeni, ədalətli seçkilər”, - Avropa Parlamentinin üzvü X sosial şəbəkəsində yazıb.
"Biz gürcüləri dəstəkləməliyik və bu, “Gürcü arzusu”nun liderlərinə qarşı məqsədyönlü sanksiyalar deməkdir. Yeni və ədalətli seçkilər. Nümayişçilərə, jurnalistlərə və fəallara qarşı zorakılıq dayandırılmalıdır. Saxlanılanlar dərhal azad edilməlidir", - o, qeyd edib.
Niderlandın Avropa Parlamentindəki nümayəndəsi məsələ ilə bağlı bir video yayımlayıb.
QAZİLER.AZ