İsveç və Fransa qırıcıları Finlandiya hava məkanında təlim uçuşu həyata keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“Finlandiyanın “F/A-18 Hornet”, İsveçin “JAS 39 Gripen” və Fransanın “Rafale” qırıcıları, həmçinin “A330 MMU” tanker təyyarəsi hava məkanına birgə eniş həyata keçirib”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl hərbi ekspert Aleksandr Stepanov bildirmişdi ki, Qərb ölkələrinin Finlandiyada keçirdiyi “Lightning Strike 24” təlimləri NATO-nun Rusiya ilə döyüş əməliyyatlarına hazırlığının simvoludur.
QAZİLER.AZ