Amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqset Senatda Pentaqonun rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənərsə, spirtli içkilərdən imtina edəcəyinə söz verib.
Qaziler.az xəbər verir ki, bu haqda “The Hill” nəşri yazıb.
Nəşrin yazdığına görə, dekabrın 4-də o, namizədliyini xilas etmək üçün əhəmiyyətli səylər göstərib.
Heqseti ABŞ-nin müdafiə naziri vəzifəsinə yeni seçilmiş prezident Donald Tramp irəli sürüb. Lakin bütün senatorlar ona səs vermək niyyətində deyillər. Millət vəkilləri teleaparıcıya qarşı cinsi istismar ilə bağlı keçmiş ittihamlardan, həmçinin onun spirtli içkilərlə əlaqədar mümkün problemlərindən narahatdırlar.
Nəşrə məlum olub ki, Heqset təsdiq olunmasa, Tramp alternativ variantları nəzərdən keçirir. Belə ki, Florida ştatının respublikaçı qubernatoru Ron Desantis Pentaqonun rəhbəri postunu tutmağa hazır olduğunu bəyan edib.
QAZİLER.AZ