ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp kosmosa səyahət edən milyarder Cared Ayzekmanı NASA-nın rəhbəri təyin edəcəyini bildirib.
“Report” xəbər verir ki, Cared Ayzekman “Polaris” özəl kosmik proqramının təsisçisidir.
2024-cü il sentyabrın 10-dan 15-dək kosmosa mülki heyətlə ilk fərdi insan uçuşunu həyata keçirən “SpaceX Inspiration 4” heyətinin komandiri və sponsorudur.
Eyni zamanda o, ilk dəfə mülki şəxs olaraq kosmik gəmidən kənara çıxıb. Bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.