ABŞ Rumıniyaya xəbərdarlıq edib ki, onun Qərbyönümlü kursundan əl çəkməsi Vaşinqtonla təhlükəsizlik əlaqələrinin zəifləməsinə və Amerika investisiyalarının azalmasına səbəb ola bilər.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilib.
Qeyd olunub ki, ABŞ Rumıniyanın güclü NATO müttəfiqi və Avropa İttifaqında tərəfdaşı kimi töhfələrini yüksək qiymətləndirir:
“İstənilən dəyişikliklər ABŞ-Rumıniya təhlükəsizlik əməkdaşlığı üçün ciddi mənfi nəticələrə səbəb olacaq və xarici investisiyaların məhdudlaşdırılması qərarı ABŞ şirkətlərini Rumıniyaya investisiya qoymağa davam etməkdən çəkindirəcək. Rumıniyadakı seçkiləri diqqətlə izləyirik. Kimi seçəcəyi Rumıniya xalqının ixtiyarındadır və ABŞ bu seçimə və bu prosesə qarışmır.
Biz Rumıniya Ali Müdafiə Şurasının Rusiyanın Rumıniyada seçki proseslərinin bütövlüyünü pozmağa yönəlmiş kiberməkanda zərərli fəaliyyətlərdə iştirakı ilə bağlı hesabatından narahatıq. Bununla bağlı araşdırma aparılmalıdır”.
Report.az