ABŞ Konqresi Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya yardıma səs verməyəcək - Spiker Conson

ABŞ Konqresi Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya yardıma səs verməyəcək -  Spiker Conson backend

ABŞ Konqresində Ukraynaya əlavə yardım məsələsi səsə qoyulmayacaq. Qanunvericilər yeni prezident Donald Trampdan məsələ ilə bağlı təlimat gözləyirlər.

Qaziler.az bildirir ki, "Amerikanın səsi"nin məlumatına görə, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

Conson bildirib ki, o, ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə Ukraynaya əlavə yardım gətirmək niyyətində deyil.

“Co Bayden (indiki ABŞ prezidenti - red.) belə bir qərar verməli deyil, bizim yeni seçilmiş prezidentimiz var, biz bütün bunlarla bağlı yeni baş komandanın göstərişlərini gözləyəcəyik”, - deyə spiker qeyd edib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.

QAZİLER.AZ

Diaspora