Nyu-Yorkda sığorta şirkətinin direktoru küçədə güllələnib

Nyu-Yorkda sığorta şirkətinin direktoru küçədə güllələnib backend

Amerikanın UnitedHealthcare sığorta şirkətinin baş icraçı direktoru Brayan Tompson Nyu-Yorkda naməlum şəxs tərəfindən "New York Hilton Midtown" otelinin yaxınlığında güllələnib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 4-də "The New York Post" (NYP) məlumat yayıb.

Həmin şəxs investor konfransının keçiriləcəyi otelin qarşısında dayanarkən naməlum şəxs direktora bir neçə dəfə atəş açıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Tompson orada dünyasını dəyişib. Nəşrin məlumatına görə, qətldən sonra maskalı naməlum şəxs qaçıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

"UnitedHealthcare" ABŞ-da sığorta biznesində ixtisaslaşan ən böyük tibbi sığorta şirkəti olan "UnitedHealth" şirkətlər qrupunun bir hissəsidir. Brayan Tompson 2004-cü ildən şirkətdə işləyir və 2021-ci ildə UnitedHealthcare-ə rəhbərlik edəcək.

QAZİLER.AZ

Diaspora