Almaniya hazırkı vəziyyətdə öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Qaziler.az bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolts çərşənbə günü, dekabrın 4-də Bundestaqda çıxışı zamanı bildirib.
“İndiki vəziyyətdə Ukraynaya qoşun və ya alman hərbi qulluqçularını göndərməyimiz mümkün deyil. Mən bu barədə həmişə aydın olmuşam və belə də qalacaq”, - Barrons onun sözlərindən sitat gətirib.
Kansler həmçinin atəşkəs və sülh əldə edildikdən sonra gələcək fəaliyyətləri müzakirə etməyin tez olduğunu bildirib.
QAZİLER.AZ