Şimali Atlantika Alyansı 2025-ci ildə İordaniyada ofis açmağı planlaşdırır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Belçikanın paytaxtında keçirdiyi mətbuat konfransında deyib.
"NATO gələn il regionda ilk dəfə olaraq İordaniyada ofisini açacaq", - Blinken bildirib.
Bundan əvvəl Şimali Atlantika Alyansının NATO-ya üzv ölkələr arasında məxfi məlumat mübadiləsi üçün bulud sisteminin yaradılması üzərində işləndiyi bildirilirmişdi.
QAZİLER.AZ