Şolts Ukraynaya "Taurus" raketlərini verməyəcəyini bir daha bəyat etdi

Şolts Ukraynaya "Taurus" raketlərini verməyəcəyini bir daha  bəyat etdi backend

Almaniya kansleri Olaf Şolts Kiyevə səfərindən sonra Ukraynaya uzuq mənzilli “Taurus” qanadlı raketlərini verməyəcəyini bir daha vurğulayıb.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

“Rusiya ilə NATO arasında gərginliyin və müharibənin qarşısını almaq üçün hər şeyi etməyə davam edəcəyəm”, - Şolts deyib.

Şoltsa görə, onun qərarları "düzgün olaraq qalır".

“Biz verdiyimiz təhlükəli silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbələrə icazə verməyəcəyik. Eyni şey qanadlı raketlərə də aiddir”, - kansler qeyd edib.

Qeyd edək ki, Almaniya kansleri dekabrın 2-də Kiyevdə səfərdə olub.

QAZİLER.AZ

Diaspora