Rusiya Hələbdə kursantların terrorçuların mühasirəsindən çıxarılmasına kömək edib

Rusiya Hələbdə kursantların terrorçuların mühasirəsindən çıxarılmasına kömək edib backend

Suriyanın Hələb şəhərindəki hərbi-texniki akademiyanın kursantları Moskva və Dəməşqin siyasi səyləri nəticəsində Əl-Safira bölgəsindəki mühasirədən çıxarılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Suriya ordusunun baş komandanlığı “Facebook”da yaydığı bəyanatda qeyd edib. Məlumata görə, kursantlara Homsda tibbi yardım göstərilib. Hələbdə terror aktları nəticəsində bir neçə kursant ölüb və ya yaralanıb.

“Hələbdə Əsəd adına Hərbi Texniki Akademiyanın kursant və zabitlərinin şəhərdə baş verən terror aktından sonra, Suriya və Rusiya arasında birgə hərbi-siyasi koordinasiya sayəsində kursantlar Homs şəhərinə çataraq akademiyanın ərazisindən sağ-salamat çıxa biliblər”, - deyə məlumatda qeyd olunub.

QAZİLER.AZ

Diaspora