Moskva vilayətində valideynlər üç yaşlı oğlunun koronavirusa yoluxduqdan sonra danışmadığı üçün xəstəxanaya müraciət ediblər.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir. Uşaq Kliniki Tədqiqat İnstitutunun həkimləri inkişafın ləngiməsi şəklində bu cür dəyişikliklərin əvvəlki infeksiya ilə əlaqəli olduğunu təsdiqləyiblər.
“Uşağa biorezonans terapiya (BRT) təyin etdik. İlkin seans keçirdik, valideynləri öyrətdik və onlara evdə terapiya üçün BRT aparatı verdik. Bir həftə sonra nəzarət testi müsbət dinamika göstərdi , uşaq sözləri və birhecalı cümlələri təkrarlamağa başladı. Digər uşaqlarla oynamaqda aktiv olmağa başladı”, - refleksoloq Natalya Otdelnova deyib.
Hazırda oğlan uşağı uşaq bağçasına getməyə davam edir, 20-yə qədər saya bilir, əlifbanın bütün hərflərini deyir və skuter sürməyi öyrənib.
QAZİLER.AZ