Rusiya Lideral Demokrat Partiyasının (LDPR) keçmiş lideri Vladimir Jirinovskinin nikahdan kənar doğulan oğlu Oleq Eydelşteyn mərhum siyasətçinin soyadını götürüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, indi o, Oleq Jirinovskidir.
Məhkəmənin onu Jirinovskinin qanuni övladı kimi tanımaqdan imtina etməsinə baxmayaraq, Oleq pasportunu dəyişib. Əvvəlcə hakim Oleqin vəsatətini təmin edib, lakin daha sonra siyasətçinin qanuni oğlu İqor Lebedev qərardan apellyasiya şikayəti verib.
“Təəsüflənirəm ki, üç ildir mən atamın oğlu olduğumu sübut etməyə çalışıram”, - Oleq Jirinovski deyib.
QAZİLER.AZ