NATO-nun Baş katibindən Cənubi Koreyadakı vəziyyətə reaksiya

NATO-nun Baş katibindən Cənubi Koreyadakı vəziyyətə reaksiya backend

NATO Alyansın mühüm tərəfdaşı olan Cənubi Koreyadakı vəziyyəti izləyir.

Bunu təşkilatın Baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin XİN başçılarının iclasından əvvəl bildirib.

"Cənubi Koreya bizim mühüm tərəfdaşımızdır. Biz vəziyyəti diqqətlə izləyirik, lakin hazırda bu məsələni şərh etməyəcəyəm", - o qeyd edib.

Qeyd edək ki, Koreya Respublikasının altı müxalifət partiyası Prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklif irəli sürüb.

Xatırladaq ki, ötən gün Prezident ölkədə hərbi vəziyyətin tətbiq edildiyini elan edib. Hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub. Daha sonra Cənubi Koreya Prezidenti xalqa müraciətində parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qərarını qəbul etdiyini bildirib.

Report.az

Diaspora