Yüzlərlə əsgər Cənubi Koreya parlamentinə daxil olub - VİDEO

Yüzlərlə əsgər Cənubi Koreya parlamentinə daxil olub - VİDEO backend

Cənubi Koreyanın təxminən 280 hərbçisi dekabrın 4-də gecə hərbi vəziyyət tədbirlərini təmin etmək məqsədilə ölkə parlamentinə daxil olub.

Oxu.Az bu barədə yerli "News1" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hərbçilər parlament binasına 230 və 50 nəfərlik iki qrupla daxil olublar.

Eyni zamanda, Koreya Respublikası Nazirlər Kabinetinin bütün üzvləri altı saatdan az davam edən hərbi vəziyyətin tətbiqi və ləğvindən sonra istefa vermək niyyətlərini Baş nazirə bildiriblər.

Baş nazirin aparatı təsdiq edib ki, Nazirlər Kabinetinin üzvləri tam tərkibdə istefa vermək istəyini bildiriblər, lakin qərar yerli vaxtla saat 14:00-da keçiriləcək görüşdən sonra qəbul ediləcək.

Xatırladaq ki, Koreya Respublikası prezidentinin administrasiya əməkdaşları ölkədə altı saatdan az davam edən hərbi vəziyyətin tətbiqi fonunda kütləvi şəkildə istefa vermək istədiklərini bəyan etmişdilər.

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. O, bu qərarı "Şimali Koreya tərəfdarı qüvvələri kökündən məhv etmək və azad konstitusiya quruluşunu qorumaq" zərurəti ilə izah edib, jurnalistlər isə dövlət başçısının bu addımını onun siyasi rəqiblərinin ona qarşı impiçment prosedurunu həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Diaspora