Koreyadakı qazaxlara ictimai tədbirlərdə iştirakdan çəkinməyə çağırılıb

Koreyadakı qazaxlara ictimai tədbirlərdə iştirakdan çəkinməyə çağırılıb backend

Qazaxıstan Respublikasının Cənubi Koreyadakı səfirliyi Qazaxıstan xalqına müraciət edib.

Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyi xəbər verir.

"Hörmətli Qazaxıstan Respublikasının vətəndaşları! Koreya Respublikasının Prezidenti Yun Sok Yeol tərəfindən ölkədə hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq, Koreya Respublikası ərazisində yerləşən Qazaxıstan vətəndaşlarını emosiyalarını cilovlamağa, yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi əməl etməyə çağırırıq. kütləvi tədbirlərdə iştirakdan çəkinin" müraciətdə deyilir.

Bundan əvvəl Koreya Respublikasının prezidenti Yun Sok Yeolun ölkədə fövqəladə vəziyyət elan etdiyi bildirilirdi.

QAZİLER.AZ

Diaspora