Cənubi Koreya parlamenti çərşənbə axşamı, dekabrın 3-də prezident Yun Sok Yeol tərəfindən tətbiq edilən hərbi vəziyyətin ləğv edilməsini tələb edən qətnamə qəbul edib.
Qaziler.az bildirir ki, bu barədə "Yonhap" xəbər verir.
Hərbi vəziyyətin ləğvinə 190 deputat səs verib. Cənubi Koreya parlamentində deputatların sayı 300-dür.
Milli Assambleyanın (Koreya Parlamenti) sədrinin ofisi bildirib: “Hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra hərbi vəziyyətin elan edilməsi etibarsızdır”.
Qeyd edək ki, Cənubi Koreya qanunvericiliyinə görə, parlament səs çoxluğu ilə hərbi vəziyyətin ləğvini tələb edərsə, prezident onu ləğv etməyə borcludur.
Lakin ölkədə hərbi vəziyyətin tətbiqindən sonra hərbi komandanlıq parlament də daxil olmaqla istənilən siyasi fəaliyyətə qadağa qoyulduğunu elan edib.
Belə ki, parlamentin işləməsi qadağan olunduğundan hərbi vəziyyətin ləğvi qərarına səs vermək mümkün olmayıb.
QAZİLER.AZ