Suriyada 10 minə yaxın erməni ələ keçirilən ərazilərdə qalıb - Sinanyan

Suriyada 10 minə yaxın erməni ələ keçirilən ərazilərdə qalıb - Sinanyan backend

Ermənistan Respublikasının diasporla iş üzrə baş komissarı Zareh Sinanyan hərbi gərginlik nəticəsində yaranmış vəziyyət barədə məlumat almaq və müvafiq olaraq mümkün yardım göstərmək üçün Suriya erməni icmasının nümayəndələri ilə əlaqə saxlayır.

Qaziler.az xəbər verir ki, “Armenpress”in müxbiri Zareh Sinanyanla söhbətində aydınlaşdırıb ki, rabitə vasitələri düzgün işləməsə də, bütün mümkün yollarla əlaqə saxlamağa çalışırlar.

Onun sözlərinə görə, hərbi gərginlik nəticəsində Hələbdə ciddi vəziyyət yaranıb və burada silahlıların nəzarəti altında olan ərazidə 10 minə qədər erməni qalıb.

Sinanyanın sözlərinə görə, Hələb erməniləri evdə qalmağa üstünlük verirlər və şəhəri tərk edə bilmirlər, çünki hələlik təxliyə imkanı yoxdur.

Kessabda davam edən hərbi əməliyyatlar nəticəsində Dəməşqdə çətin vəziyyət yaranıb, Suriya hökumət qoşunları yaraqlıların irəliləməsini dayandıra bilməyib.

Baş komissarın sözlərinə görə, Latakiyada vəziyyət nisbətən sakitdir.

“Rabitə çox zəif olsa da, biz Suriyadakı soydaşlarımızla hər cür fəal əlaqə saxlamağa davam edirik. Biz vəziyyətlə bağlı məlumat almaq üçün əlimizdən gələn hər kəslə danışırıq”, - Sinanyan vurğulayıb.

Qeyd edək ki, ötən həftə Suriyanın hökumət əleyhinə qüvvələri İdlib və Hələb əyalətlərinə hücuma keçib. Onlar Hələb də daxil olmaqla bir sıra yaşayış məntəqələrini nəzarətə götürüblər. Hələbin ələ keçirilməsi Suriya hökumət əleyhinə qüvvələrinin son illər əldə etdiyi ən böyük uğurdur.

QAZİLER.AZ

Diaspora