Ukrayna əsgərləri Suriyada yaraqlıların tərəfində döyüşür - “Al-Mayadeen”

Ukrayna əsgərləri Suriyada yaraqlıların tərəfində döyüşür -  “Al-Mayadeen” backend

Ukrayna Təhlükəsizlik Xidmətinin “Ağ qurdlar” kimi tanınan kəşfiyyat bölməsi müxalif qruplarla birlikdə Suriya hökumət ordusuna qarşı döyüşlərdə iştirak edir.

Qaziler.az xəbər verir ki, bu barədə ərəb telekanalı “Al-Mayadeen” öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanal sosial şəbəkələrdə Suriyanın Hələb və Həma şəhərlərində ukraynalı əsgərlərin fotolarının yayıldığını vurğulayır. Qeyd edilir ki, “Ağ qurdlar” kəşfiyyat və zərbə imkanlarını birləşdirərək pilotsuz təyyarələrin istifadəsi üzrə ixtisaslaşıb.

Nəşr onu da qeyd edir ki, noyabrın sonunda başlayan hücum zamanı Suriyanın hökumət əleyhinə qüvvələri müasir PUA-lardan getdikcə daha çox istifadə edir.

QAZİLER.AZ

Diaspora