"Ölkələr arasında 60 günlük atəşkəs pozularsa, İsrail Müdafiə Qüvvələri Livanın dərinliklərinə gedəcək".
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz deyib.
Onun sözlərinə görə, əgər Livan-İsrail razılaşması dağılarsa, İsrail üçün Livan Respublikası ilə iranyönlü “Hizbullah” qruplaşması arasında heç bir fərq olmayacaq.
"Əgər biz indi Livan dövlətini və “Hizbullah”ı ayırmışıqsa, o zaman çox ciddi zərbələrə məruz qaldığımız Beyrut və Dahiyəni də ayırmışıq və indi bu baş verməyəcək”, - Katz deyib.
İsrail və "Hizbullah" noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması əldə ediblər. Vasitəçilik edən ABŞ prezidenti Co Bayden bildirib ki, razılaşma “döyüş əməliyyatlarının daimi dayandırılması” və mülki əhalinin Livan-İsrail sərhədində zərər çəkmiş bölgələrə qayıtması üçün şərait yaradılmasını nəzərdə tutur.
QAZİLER.AZ