Suriyanın Hələb şəhərində bir sıra şəhər xəstəxanaları avadanlıq və həkim çatışmazlığı səbəbindən əhaliyə xidmət göstərməyi tamamilə və ya qismən dayandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası tibbi mənbəyə istinadən məlumat yayıb.
Radiostansiyanın sözlərinə görə, onlarla yaralı və xəsarət alanlar Hələbi tərk edə bilmir. Bununla əlaqədar olaraq həkimlər silahlı qruplaşmaları tibbi avadanlıqların daxil olması və ağır xəstələrin çıxarılması üçün təhlükəsiz dəhliz açmağa çağırır.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Suriya və Rusiya təyyarələrinin İdlib və Həma əyalətlərində bir qrup terrorçunu vurduğunu açıqlayıb.
QAZİLER.AZ