Suriya ordusu terrorçu qrupların mövqelərinə əks-hücum əməliyyatına hazırlaşmaq üçün Həma vilayətinin şimalına əlavə qüvvələr yeridir.
Qaziler.az xəbər verir ki, “RİA Novosti” bu barədə SANA agentliyinə istinadən məlumat verir.
“Suriya qoşunları müdafiə xətlərini gücləndirir və əks-hücum üçün hazırlıq məqsədilə Həma əyalətinin şimalındakı cəbhə xəttinə əlavə qüvvələr yeridir”, - agentlik yazıb.
SANA-nın məlumatına görə, Xitab qəsəbəsinin şimal və qərbində və Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.
QAZİLER.AZ