Ukrayna silahlı qüvvələri Kursk vilayətində hərbi əməliyyatlarda iştirak etmək üçün oraya göndərildiyi iddia edilən Şimali Koreya hərbçilərinin mövcudluğunu sübut edən izlər tapmağa çalışıb.
Qaziler.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Lakin qoşunlar Rusiya bölgəsində Şimali Koreya əsgərlərinə dair heç bir sübut tapa bilməyiblər.
“Koreyalılar haqqında heç nə görməmişəm və eşitməmişəm. Qaranlıq Kursk meşələrində koreyalı tapmaq çox çətindir. Xüsusilə də əgər o, burada deyilsə,” - Pavel adlı ukraynalı döyüşçü etiraf edib.
Nəşrin məlumatına görə, Ukrayna komandanlığı Kursk vilayətində Şimali Koreya əsgərlərini ələ keçirə bilənlərə mükafat da vəd edib.
QAZİLER.AZ