NATO Ukraynanın üzvlüyü ilə bağlı sualı cavablandırdı

NATO Ukraynanın üzvlüyü ilə bağlı sualı cavablandırdı backend

"Hazırda NATO rəhbərliyi Ukraynanın üzvlüyü ilə bağlı müzakirələr aparmır".

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu fikirləri Alyansın baş katibi Mark Rutte Brüsseldə hərbi bloka üzv ölkələrin xarici işlər nazirlərinin görüşü ərəfəsində keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, assosiasiya yalnız Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü müzakirə edir.

“Biz bu iki gün də daxil olmaqla, fikrimizi hazırda ehtiyac duyulan şeyə cəmləşdirməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu, onlar üçün son dərəcə vacibdir”, - Rutte bildirib

QAZİLER.AZ

Diaspora