Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsi Ermənistanın "Ala İnternational Ltd" şirkətinə məxsusdur. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Tacikistan Nəqliyyat Nazirliyi bildirib. Məlumata görə, nazirlik Rusiya istehsalı olan "An-12" təyyarəsinin Tacikistanın "Asia Airways" şirkətinə aid olması haqda informasiyaları təkzib edib.
"Asia Airways"-in baş direktoru Narzikul Xamroyev bildirib ki, qəzaya uğrayan "An 12" yük təyyarəsinin onların şirkətinə aidiyyəti yoxdur: "Bu təyyarə Ermənistanın "Ala İnternational Ltd" şirkətinə və Sudana məxsusdur. Tacikistanın bu məsələyə heç bir aidiyyəti yoxdur".Xatırladaq ki, noyabrın 4-də Cənubi Sudanda təyyarə qəzaya uğrayıb. Hava kəmisinin göyərtəsində 18 nəfər, o cümlədən 6 pilot olub. Qəza nəticəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan vətəndaşıdır. Təyyarə yaşayış evinin üsütnə düşdüyündən qəza nəticəsində 50-dən çox insan həyatını ititirib.
Həmin gün Rusiyanın Xarici İşlər Nazirliyi təyyarənin Tacikistanda qeydiyyatdan keçdiyi haqda açıqlama yaymışdı.
Ermənistanın Xarici İşlər Nazriliyi isə iddia edir ki, qəzaya uğrayan "An-12" təyyarəsi 2014-cü ildə ölkədə qeydiyyatadan çıxarılıb və "Asia Airways"-ə aiddir.
Qeyd edək ki, Tacikistanın Nəqliyyat Nazirliyi hadisədən sonra yük daşımaları ilə məşğul olan "Asia Airways"ın uçuşları dayandırması haqda qərar qəbul edib. Bu qərar araşdırma aparılması üçün qəbul edilib.