Türkiyədə son parlament seçkilərindən qələbə ilə ayrılan hakim Ədalət və İnkişaf Partiyası (AKP) Nazirlər Kabinetində dəyişiklik etməyə hazırlaşır. Məlumata görə, AKP-nin qurulacaq yeni Nazirlər Kabineti ilə birlikdə nazirliklərin strukturunda da yenilik edəcəyi gözlənilir.
Xəbərdə qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi parçalanaraq Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi kimi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi parçalanaraq Ətraf Mühit Nazirliyi və Şəhərsalma Nazirliyi olaraq iki müxtəlif nazirlik adı altında yenidən formalaşdırılacaq.Bundan bqşqa Gömrük və Ticarət Nazirliyi, Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, Meşə və Su İşləri Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi kimi nazirliklərin də daxilində bir sıra struktur dəyişikliyi aparılacağı gözlənilir.
Struktur dəyişikliklərindən sonra nazirliklərin sayının 25-dən 30-a çatacağı gözlənilir