ABŞ Əsədlə bağlı mövqeyinin dəyişmədiyini açıqlayıb

ABŞ Əsədlə bağlı mövqeyinin dəyişmədiyini açıqlayıb backend

ABŞ Dövlət Departamenti Suriyadakı son hadisələrlə bağlı açıqlama verib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında ABŞ-nin Suriya ilə bağlı mövqeyinin dəyişmədiyi bildirilib.

"Suriya siyasətimiz dəyişməyib və biz Əsədi hələ də əlləri günahsızların qanına bulaşmış qəddar bir diktator olaraq görürük", - deyə açıqlamada deyilir.

Qeyd edək ki, son bir neçə gündə Əsəd rejiminin nəzarəti altındakı ərazilərə qarşı əməliyyatlara başlayan Suriya müxalifəti Hələb və Hama, Tel Rıfat kimi şəhərlərin mühüm hissələrini ələ keçirib.

Diaspora