“Həyat Təhrir əş-Şam” terrorçuları Suriya Ərəb Respublikasının hökumət qoşunlarına qarşı zəhərli maddələrdən istifadə etməyə hazırlaşıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” Suriyadakı mənbəyə istinadla xəbər verir.
Mənbənin sözlərinə görə, silahlılar Suriyanın İdlib və Hələb əyalətlərində kimyəvi silahdan istifadə etmək niyyətində olublar.
Mənbə əlavə edib ki, terrorçular Cisr əş-Şuğur şəhəri yaxınlığındakı Türküstan İslam Partiyasının qalalarından birindən zəhərli qazlar olan bir neçə balon daşıyıblar. Yaraqlılar “Ağ Dəbilqəlilər” təşkilatına məxsus təcili yardım maşınlarında gediblər.
QAZİLER.AZ