İsrail ordusu "Hizbullah"ın raket hücumundan sonra Livana hücum edib

İsrail ordusu "Hizbullah"ın raket hücumundan sonra  Livana hücum edib backend

"Hizbullah"ın Dov dağına raket zərbələri endirməsindən sonra İsrail Müdafiə Qüvvələri Livandakı hədəflərə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə SAXAL-ın “Telegram” kanalında məlumat verilib.

“SAXAL hazırda Livandakı terror hədəflərinə zərbələr endirir”, - deyə bəyanatda bildirilib.

Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Livanla atəşkəs rejiminə ciddi əməl etdiyini, eyni zamanda “Hizbullah”dan gələn hər hansı pozuntuya cavab verməkdə qətiyyət nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, noyabrın 26-da İsrail Livanla atəşkəs sazişi imzalayıb. Sazişə əsasən İsrail qoşunları 60 gün ərzində Livan ərazisindən çıxmalıdır.

QAZİLER.AZ

Diaspora