NATO daxilində Ukraynaya qoşun göndərilməsi ilə bağlı heç bir müzakirə aparılmır.
Qaziler.az xəbər verir ki, bu barədə “Ansa”ya NATO-dakı yüksək səviyyəli mənbə məlumat verib.
“Bunun üçün [Ukraynaya qoşun göndərmək] NATO şurası müttəfiq qüvvələrin baş komandanına planlaşdırmağa başlamaq barədə göstəriş verməlidir, amma bu baş verməyib”, - mənbə bildirib.
Onun sözlərinə görə, danışıqlara və mümkün atəşkəsə nə qədər tez yaxınlaşsaq, bu məsələ bir o qədər vacib olaraq olacaq və buna hazırlaşmaq lazım gələcək.
QAZİLER.AZ